Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən Bakı Slavyan Universitetinə aid, keçmiş məcburi köçkünlərin yaşadığı yataqxanada baş verən yanğın nəticəsində binanın ll, lll, lV, V mərtəbələrinin eyvanında yanan konstruksiyalar və 16 kvadratmetr sahədə otaq yanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, 30 nəfər bina sakini təxliyə edilib, üç nəfər xilas olunub:
"Hadisə zamanı xəsarət alan olmayıb, yanğının baş vermə səbəbi məlum deyil".
Məhərrəm Əliyev