Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Boğazında qida qalan səkkiz yaşlı oğlan öldü
Abşeron rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, fevralın 17-si saat 18 radələrində 2017-ci il təvəllüdlü Səyid Zəkəriyəyevin nəfəs borusuna qida düşüb.
Hadisə onların yaşadığı Saray qəsəbəsindəki evlərində qeydə alınıb.
Xəstəxanaya çatdırılan uşaq vəfat edib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
"Ölüm hadisəsi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar