Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Geely" Çində "Toyota"nı populyarlıqda geridə qoydu
"Geely" Çində "Toyota"nı populyarlıqda geridə qoyub. Ayın ən çox satılan modeli "Geely Monjaro" olub. İlin əvvəlində ənənəvi olaraq, avtomobil bazarında aktivliyin azalması müşahidə olunur, bu, yalnız Azərbaycana deyil, həm də Çinə xas olan bir tendensiyadır. Lakin 2025-ci ilin yanvar ayı "Geely" üçün olduqca uğurlu keçib.
"Geely" Çində 152 min avtomobil satıb, bu göstərici son 8 ilin ən yüksək satış nəticəsi oldu və 2017-ci ildən bəri rekord hesab edilir. Üstəlik, bu, "Geely"nin tarixində ikinci ən yüksək aylıq satış göstəricisidir.
Dörd ildir satılan "Geely Monjaro" gözlənilmədən mövcud olduğu bütün bu müddət ərzində ən yaxşı nəticəni qeydə alıb: o, 29 minlik tirajla satılıb. 2024-cü ildə Çində 219 000 yeni "Monjaro" qeydə alınıb və 2021-ci ilin yayından, yəni modelin buraxılışından bəri ümumi satılmış avtomobillərin sayı 600 minə yaxınlaşıb.
"Geely"nin bazar payının artması və "Toyota"nı geridə qoyması markanın Çində güclənməkdə olduğunu göstərir.
Beləliklə, "Geely Monjaro" yanvarda Çin bazarında bestseller olub.
"Geely" teqi üzrə xəbərlər
- Moskvada dəhşət: Küçənin ortasında taksi sürücüsünə atəş açan şəxs qaçdı – ANBAAN GÖRÜNTÜLƏR
- "Tesla" Aİ-yə qarşı iddia qaldırıb
- Ekspertlər "Geely" və "Chery"nin robotlarının necə işlədiyini açıqlayıblar
- Çin maşınları keyfiyyətcə "Mercedes", BMW və "Audi" ilə müqayisə olunublar
- "Geely" kosmosu fəth edir!