"Geely App" mobil tətbiqi "Monjaro PHEV" sahiblərinə avtomobilin əsas funksiyalarını uzaqdan idarə etmək və cari vəziyyəti barədə məlumat almaq imkanı təqdim edir. Rəqəmsal həll gündəlik istifadəni asanlaşdıraraq komfortu avtomobilə əyləşməzdən əvvəl təmin edir.
Tətbiq vasitəsilə qapıları uzaqdan açıb-bağlamaq, avtomobili işə salmaq, iqlim sistemini idarə etmək və salon temperaturunu əvvəlcədən tənzimləmək mümkündür. Ön oturacaqların isitmə və soyutma funksiyaları, eləcə də sükanın isitməsi mobil tətbiq üzərindən aktivləşdirilə bilir. Bununla da sürücü yola çıxmazdan əvvəl salonu fərdi komfort tələblərinə uyğun hazırlaya bilir.
"Geely App" avtomobilin vəziyyətinə nəzarət imkanlarını da bir araya gətirir. İstifadəçilər tətbiq üzərindən avtomobilin cari vəziyyətini, təkər təzyiqini və ümumi yürüş məsafəsini izləyə, onun lokasiyasını xəritədə görə bilirlər.
"Monjaro PHEV"in şarj funksiyalarının idarə olunması da tətbiqin imkanları sırasındadır. Batareyanın şarj səviyyəsini yoxlamaq, şarj prosesini idarə etmək və əvvəlcədən planlaşdırmaq istifadəçilərə gündəlik səfərlərə hazırlıqda əlavə rahatlıq yaradır.
"Geely App" uzaqdan idarəetmə, komfort və monitorinq funksiyalarını vahid platformada birləşdirərək "Monjaro PHEV" sahiblərinə avtomobilləri ilə daim əlaqədə olmaq imkanı verir.
Qeyd edək ki, "Geely Monjaro PHEV" 1.5 litrlik benzin mühərriki və elektrik mühərriklərini birləşdirən "plug-in" hibrid sistemlə təchiz olunub. Ümumilikdə 415 at qüvvəsi hasil edən və tam ötürücüyə malik model qarışıq rejimdə 1 100 km yürüş imkanı təqdim edir və 0-dan 100 km/saata 5.8 saniyəyə sürətlənir. Model 59 900 manata təklif olunur. Avtomobilə 6 il və ya 150 000 km, batareyaya isə 8 il və ya 150 000 km zəmanət verilir. Modellə yaxından tanış olmaq və test yürüşündə iştirak etmək üçün Babək prospekti, 35A ünvanındakı "Geely Bakı Mərkəzi"nə yaxınlaşa bilərsiniz. Ətraflı məlumat: *2299.