2026-cı ilin ən çox gözlənilən "Geely" modellərindən biri Azərbaycana gəlib.
Söhbət yeni "Geely Monjaro PHEV" modelindən gedir. Brendin flaqman krossoverinin "plug-in" hibrid versiyası müasir texnologiyaları, yüksək gücü və komfortu bir avtomobildə birləşdirir.
Yeni "Monjaro PHEV" 1.5 litrlik benzin turbomühərriki və elektrik mühərriklərinin birgə işi ilə 415 at qüvvəsi hasil edir. Tam ötürücülü avtomobil 0-dan 100 km/saat sürətə 5.83 saniyəyə çatır.
29.8 kWh həcmli batareya avtomobilə yalnız elektrik enerjisi ilə 130 kilometr, benzin və elektrik sisteminin birgə istifadəsi ilə isə 1 100 kilometr yürüş imkanı verir.
Model premium komfort və texnologiyalarla da seçilir. "Monjaro PHEV"də "Apple CarPlay" və "Android Auto", 540° görüntü kamerası, adaptiv kruiz-kontrol, 25.6 düymlük "Head-Up Display", ön oturacaqların ventilyasiyası və masaj funksiyası, panoramlı lük, premium "Flyme Sound" audiosistemi və geniş sürücü köməkçi sistemlər paketi təqdim olunur.
"Geely Monjaro PHEV"in Azərbaycanda satış qiyməti 59 900 manat olacaq. Avtomobilə 6 il və ya 150 000 km rəsmi zəmanət, batareyasına isə 8 il və ya 150 000 km zəmanət təqdim olunur.
Yeni modelin rəsmi təqdimatı yaxın günlərdə keçiriləcək.
"Geely" Bakı Mərkəzi.
Ünvan: Babək prospekti, 35A.
Əlaqə: *2299.