Cəlilabadın Şatırlı kəndində çaqqal hücumuna məruz qalan şəxslərin kimliyi bilinib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, onlar Şatırlı kənd sakinləri Aygün Orucova, Südabə Rüstəmova və Alili Çoşqundur.
Qeyd edək ki, hər üç şəxsə zəruri tibbi yardım göstərilib və vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün onlar evə buraxılıb.
Cəlilabad rayonunda yırtıcı heyvan kənd sakinlərinə hücum edib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Şatırlı kəndində qeydə alınıb.
Belə ki, çaqqal qəfil bir neçə kənd sakininə hücum edib. Hadisə nəticəsində kəndin üç sakini yaralanıb.
Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralılara lazımi tibbi yardım göstərilib. Hazırda onların müalicəsi xəstəxanada davam etdirilir.