Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Yolda hərəkətdə olan KIA markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə zamanı avtomobildə olan üç nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli