Cəlilabad rayonu ərazisində baş verən yanğın söndürülüb.
Oxu.Az-a bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilıib ki, rayonun su-bataqlıq ərazilərindən birində yerləşən ovçuluq təsərrüfatında baş verən yanğın FHN-in yanğından mühafizə dəstələri tərəfindən söndürülüb.



Cəlilabad rayonunda baş verən yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları cəlb edilib.
Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə Bakı-Astara magistral yolunun 104-cü kilometrliyində baş verib: "Qamışlıq ərazidə yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir".
Samir Əli
Cəlilabad rayonunda, su-bataqlıq ərazilərindən birində yerləşən ovçuluq təsərrüfatında güclü yanğın başlayıb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, yanğın quru ot və qamışlıq sahəsinin alovlanması nəticəsində baş verib.
Yanğın yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib.
Hazırda yanğının söndürülməsi işləri görülür.
Yanğının səbəbi ilə bağlı araşdırma aparılır.