Cəlilabad rayonunda xəsarətlə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Mollalı kəndi ərazisində qeydə alınıb.
Belə ki, hadisə zamanı iki VAZ-2107 və bir VAZ-2106 markalı minik avtomobili toqquşub. Qəza nəticəsində iki nəfərin xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
İqbal Ziya
Qaynar xətt:
(055) 224 12 12