Bu gün Fövqəladə Hallar Nazirliyi Ələt qəsəbəsində nəzarətsiz dəniz ərazisində bir nəfərin batması ilə bağlı məlumat yayıb.
Qeyd olunub ki, 2011-ci il təvəllüdlü Həsən Asif oğlu Əlihəsənovun batdığı ehtimal olunan istiqamətlərdə axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Həsən dənizə yaxınları ilə birgə gedib. Qardaşı oğlunun dənizdə batdığını görən əmisi Aris Əlihəsənov Həsəni xilas etmək üçün o istiqamətdə hərəkət edib. Qardaşı oğlunu xilas etməyə çalışan Aris özü də boğulmağa başlayıb. Ətrafdakıların köməyi ilə sudan çıxarılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Həsənin atası ağır xəstəliklə mübarizə aparır.


Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 15 kilometr aralıda yerləşən nəzarətsiz dəniz ərazisində bir nəfərin batdığı ehtimal olunur.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumat daxil olduqdan dərhal sonra FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar.
Hazırda 2011-ci il təvəllüdlü Həsən Asif oğlu Əlihəsənovun batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirləri davam etdirilir.