Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
QHT sədri qəza törətdi, ölən var
Samux-Kür avtomobil yolunun birinci kilometrliyində baş verən yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən şəxsin kimliyi məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, o, Samux rayon Sərkər kənd sakini 1953-cü il təvəllüdlü Elmay Məmməd oğlu Əsgərovdur.
Hadisəni törədən Samux rayon sakini "Volkswagen Golf" markalı avtomobilin sürücüsü Məhərrəm İsmayılov "Vətənpərvərlər" İctimai Birliyinin sədridir.
Əzizə İsmayılova
Samux rayonunda ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Oxu.Az-a məlumat daxil olub.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə bu gün saat 7:45-də Samux-Kür avtomobil yolunun 1-ci kilometrliyində baş verib.
"Samux rayon sakini Məhərrəm İsmayılov idarə etdiyi 90-BJ-145 dövlət qeydiyyat nişanlı "Volkswagen" markalı avtomobillə əkin sahəsindən, yəni torpaq yoldan çıxan arabaçını vurub. Arabanı sürən şəxs həyatını itirib. Hazırda onun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür. Faktla bağlı araşdırma aparılır", - deyə M.Ağayev bildirib.
Əzizə İsmayılova
Rəylər