Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Böyük Britaniyanın Tehrandakı yeni səfiri iranlılara videomüraciət yayımladı
Böyük Britaniyanın Tehrandakı yeni səfiri Hüqo Şorter iranlılara videomüraciət yayımlayıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Məlumata görə, yeni səfir videomüraciətində Böyük Britaniya və İran arasındakı siyasi fikir ayrılıqlarına toxunub və diplomatiyanın gələcəkdə bir çox problemin həllini tapacağına ümid etdiyini bildirib.
Xatırladaq ki, ötən həftə Hüqo Şorter İran Prezidenti Məsud Pezeşkiana etimadnaməsini təqdim edib və rəsmi olaraq Britaniyanın İrandakı səfiri kimi vəzifəsinin icrasına başlayıb.
Həm fars, həm də ingilis dillərində yazılan şərhdə Şorter fars dilini öyrəndiyini də açıqlayıb.
Qeyd etmək lazımdır ki, Böyük Britaniyanın Tehrandakı keçmiş səfiri Saymon Şerkliff fars dilində sərbəst danışırdı.
"İran" teqi üzrə xəbərlər
- Tələsik imzalanan strateji tərəfdaşlıq sazişi Ermənistan xalqına ürəkaçan perspektivlər vəd etmir
- İranda öldürülən hakimlərlə bağlı yeni DETAL: Terrorçuların işlərinə baxırmışlar
- İran prezidentinin ofisinin həyətində yerə boya ilə çəkilmiş ABŞ bayrağı silindi
- İranda 10 gün komada qalan Azərbaycan vətəndaşı vəfat edib
- Pezeşkianın nümayəndə heyəti Kremldə namaz qıldı
Rəylər