Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Klubların dünya reytinqi açıqlanıb - "Qarabağ" 14 pillə geriləyib
Klubların dünya reytinqi açıqlanıb, təmsilçimiz "Qarabağ" mövqeyini qoruya bilməyib.
Oxu.Az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) cədvəlində planetin 701 ən yaxşı komandası yer alıb.
2024-cü ilin yekunlarına əsasən, tərtib olunan siyahıda Azərbaycanı yeddi klub təmsil edib.
"Qarabağ" 168,7 xalla dünyada 81-cidir. Ağdam klubu ötən ayla müqayisədə 14 pillə geriləyib.
99,5 xalla 208-ci olan "Zirə" 11 pillə irəliləyib.
Doqquz pillə önə keçən "Sabah" 62,25 xalla 400-cüdür.
"Turan Tovuz" 53,75 xalla iki addımlıq irəliləyişlə 494-cü yerdədir.
"Neftçi" 28 pillə geriləyərək 50 xalla 537-ci sıraya düşüb.
Altı pillə irəliləyən "Sumqayıt" 48 xalla 567-cidir.
"Araz-Naxçıvan" 18 pillə geriləyib və 43,75 xalla 648-cidir.
Qeyd edək ki, cədvələ 441 xalla "Real Madrid" başçılıq edir.
"Qarabağ FK" teqi üzrə xəbərlər
- "Qarabağ"ın gənc qolkiperi karyerasını Serbiyada davam etdirə bilər
- Riçard Almeydanın "Qarabağ"dan ayrılmasının SƏBƏBİ
- "Qarabağ" daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb
- PFL-dən "Qarabağ" - "Kəpəz" oyunu ilə bağlı QƏRAR
- Azarkeşsiz oyunlar: "Pul qazanmaq üçün işə gedən adam stadiona gəlib vaxt itirmək istəmir"