Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ərinə it dedi, döyülərək xəstəxanalıq oldu
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Xəyal Sultanovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Oxu.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü Xəyal Sultanova şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə, hadisə ötən il Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, Xəyal Sultanov arvadı, zərərçəkmiş Fəridə Sultanovaya evi və yorğanları səliqəli yığışdırmadığını irad tutub. Bu zaman onların arasında mübahisə yaranıb. Mübahisə zəminində zərərçəkmiş şəxs ona aqressiv formada təhqiramiz cavab verib, evin qapısından çıxmaq istəyərkən yenidən ərinə it deyib. Sonra Xəyal qəsdən arvadının sifət, qarın və ayaq nahiyələrindən yumruq, təpik zərbələri vuraraq ona xəsarət yetirib.
Xəsarət alan Fəridə xəstəxanaya yerləşdirilib.
Hadisədən sonra Xəyal Sultanov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Rəylər