Bakıda 15 yaşlı oğlanı ürəyindən bıçaqlayan şəxs saxlanılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb.
Xatırladaq ki, oktyabrın 20-də axşam saatlarında 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır.
Qaynar xətt:
(055) 224 12 12