Bakıda yeniyetmə oğlan bıçaqlanıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12