Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ölümün bir addımlığında olan ana və övladının xilas edilməsi GÖRÜNTÜLƏRİ
Gəncə şəhəri, Nəriman Nərimanov küçəsindəki beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə iki nəfər köməksiz vəziyyətdə qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə müraciət daxil olub.
Məlumatla əlaqədar dərhal FHN Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə hadisə yerinə cəlb olunublar:
"Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı mənzildə olan vətəndaşların giriş qapısının dəfələrlə döyülməsinə və uzunmüddətli telefon zənglərinə cavab vermədiyi müəyyən olunub.
Xilasedicilər tərəfindən operativ qaydada xüsusi vasitələrin köməyi ilə mənzilin giriş qapısı açılaraq, ilkin ehtimala görə dəm qazı səbəbindən huşsuz vəziyyətdə aşkar edilmiş ana - 1990-cı il təvəllüdlü L.Cəfərova və övladı - 2011-ci il təvəllüdlü Ö.Cəfərov ilkin yardım göstərildikdən dərhal sonra FHN-in xüsusi təyinatlı nəqliyyat vasitəsi və təcili tibbi yardım avtomobili vasitəsilə xəstəxanaya çatdırılaraq həyatları xilas olunub".
Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 1990-ci il təvəllüdlü L.Cəfərova və onun övladı 2011-ci il təvəllüdlü Ömər Cəfərov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Dərhal ana və övladına tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə, onlar yaşadıqları evin qonaq otağında dəm qazından zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.
Rəylər