Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Futbol tarixinin ən güclü komandaları bəlli oldu
Məşhur "GiveMeSport" portalı futbol tarixinin ən yaxşı futbol klublarının siyahısını açıqlayıb.
Oxu.Az xəbər verir ki, cədvəldə birinci yeri Xosep Qvardiolanın baş məşqçisi olduğu 2008/09 mövsümünün "Barselona"sı tutub.
Kataloniyalılar həmin mövsüm mümkün olan bütün kubokları qazanıblar və trebl (ölkə çempionluğu, ölkə kuboku və qitələrarası kubok) edən ilk İspaniya klubu olublar.
İkinci yerdə 1971/72 mövsümünün əfsanəvi "Ayaks"ı qərarlaşıbsa, 1956/57 mövsümünün "Real Madrid"i ilk üçlüyü tamamlayır.
Zidanın 2016/17 mövsümünün "Real"ı dördüncü pillədə qərarlaşıb. Beşinci yerdə isə 1998/99 mövsümünün "Mançester Yunayted"i yer alıb. Bu komanda həmin mövsüm Çempionlar Liqasının finalında "Bavariya"nı 2:1 hesabı ilə məğlub etmişdi.
"Barselona FK" teqi üzrə xəbərlər
- Manuel Noyer Almaniya millisinə qayıda bilər
- PSJ klubu "Barselona"nın gənc ulduzu üçün rekord transfer təklifi göndərməyi planlayır
- "Qızıl Oğlan" mükafatına namizədlər bəlli oldu - Arda Gülər siyahıda beşincidir
- "Qalatasaray"ın işi çətinləşdi – "Barselona" Viktor Osimhen üçün təklif göndərdi
- "Mançester Siti" Qvardiolanın yerinə "Barselona"nın əfsanəsini gətirmək istəyir