Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Salyanda Birinci Qarabağ müharibəsinin şəhidi Elşad Tağıyev dəfn edilib
İmişli rayonunda naməlum əsgərlərin məzarlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elşad Qubad oğlu Tağıyevin meyitinin qalıqları Salyan rayonuna gətirilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, şəhidin nəşi Seyidsadıqlı kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Salyan Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Elşad Qubad oğlu Tağıyev 1971-ci ildə Salyan rayonunun Seyidsadıqlı kəndində anadan olub. O, 1993-cü il yanvarın 4-də Füzuli rayonunun Şükürbəyli kəndi istiqamətində itkin düşüb.
"Şəhid dəfni" teqi üzrə xəbərlər
- Birinci Qarabağ müharibəsinin itkin şəhidi Göyçayda dəfn edildi
- Fəxrəddin Atayev: "Qardaşımla sonuncu dəfə danışan mən olmuşam"
- Şəhid bacısı: "Qardaşımın nəşi tapılanda tez anamın qəbrinin üzərinə gedib xəbər etdik"
- Birinci Qarabağ müharibəsində itkin düşmüş Atakişi Atayev dəfn olunub
- Şəhid Tərlan Məmmədovun anası: "31 ildən sonra oğlumu tapıb gətirdilər"