Gəncə şəhərində fəaliyyət göstərən obyektdə yanğın baş verib.
Oxu.Az-ın məlumatına görə, yanğın hadisəsi ötən gün axşam saatlarında qeydə alınıb.
Hadisə nəticəsində obyektin demək olar ki, bütün yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən yanğının qarşısı alınıb:
"FHN-in "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Abbas Səhhət küçəsində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Ümumi sahəsi 100 kvadratmetr olan yeməkxanada baş verən yanğın yaxınlıqdakı digər tikilələr keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb".
Aygün Mirakif