Masallı rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-a Masallı Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
"Yol-nəqliyyat hadisəsi ilə əlaqədar bir nəfər (kişi) Masallı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
Başın sol gicgah nahiyəsinin kəsilmiş-cırılmış yarası, çənəaltı nahiyənin kəsilmiş-cırılmış yarası, sol bazu sümüyünün qapalı yerdəyişən sınığı diaqnozları təyin edilən şəxs xəstəxananın Cərrahiyyə şöbəsinə yerləşdirilib.
Hazırda müalicəsi xəstəxanada davam etdirilir. Vəziyyəti stabil qiymətləndirilir. Bir nəfərin isə (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda qeyd olunub.
Masallı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Mahmudavar kəndində qeydə alınıb.
Belə ki, Masallı rayon sakini 2005-ci il təvəllüdlü Orxan Zamanov "Mercedes" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yolun kənarındakı daş hasara çırpılıb.
Hadisə zamanı sürücü hadisə yerində ölüb, nəqliyyat vasitəsində olan sərnişin isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Aygün Mirakif