Goranboyda "Lada" markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması nəticəsində ata və oğul həlak olublar.
Qəzada həyatını itirən avtomobilin sürücüsü 40 yaşlı Adil Hüseynov və onun oğlu 17 yaşlı Sabir Hüseynovun fotosu yayılıb.
Oxu.Az həmin fotonu təqdim edir:

Goranboyda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-a Goranboy Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, yanvarın 1-i saat 23:30-da Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan üç nəfər (biri kişi, ikisi qadın olmaqla) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.
Xəsarət alan şəxslərdən iki nəfərə (qadın) zəruri tibbi yardım göstərildikdən sonra, özəl tibb müəssisələrinin birinə təxliyə olunub.
Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 23:50-də 2009-cu il təvəllüdlü azyaşlının ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, hadisə nəticəsində bir nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb".
Aygün Mirakif
Goranboy rayonunda avtomobilin aşması nəticəsində ölən və yaralananların kimliyi məlum olub.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, "Lada Priora" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində ata - 1986-cı il təvəllüdlü Adil Hüseynov və oğul - 2009-cu il təvəllüdlü Sabir Hüseynov həlak olublar, ana - 1991-ci il təvəllüdlü Lamiyə Əliyeva və qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.
Goranboy rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Lada Priora" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.
Qəza nəticəsində Goranboy sakini A.Həsənov hadisə yerində həyatını itirib. Daha iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, xəsarət alan şəxslərdən birinin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.