Sentyabrın 2-də Goranboy rayonu, Nizami kəndi yaxınlığında yanğın baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd olunub ki, gecə saatlarında gecə saatlarında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Bildirilib ki, hazırda yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi üçün aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqədə zəruri tədbirlər görülür.
Hadisə nəticəsində xəsarət alan yoxdur.
Goranboy rayonunda partlayış baş verib.
Oxu.Az-ın məlumatına görə, partlayışdan sonra güclü yanğın başlayıb.
Yanğınla əlaqədar hadisə yerinə yanğınsöndürənlərin cəlb edildiyi bildirilir.
Hadisənin səbəbləri, xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat yoxdur.