Göyçayda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanılıb.
Oxu.Az-ın məlumatına görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Azər Mürsəlov saxlanılıb.
Ondan 1 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə A.Mürsəlov barəsində həbs qətimkan tədbiri seçilib.
Qaynar xətt:
(055) 224 12 12