Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Səfikürd kəndi ərazisində qeydə alınıb.
Qəza zamanı "Opel" və VAZ-21099 markalı avtomobillər toqquşub. Hadisə nəticəsində rayon sakinləri - "Opel"də olan sərnişin, 1963-cü il təvəllüdlü Afət Məmmədova və VAZ-21099 markalı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Rəşad Məmmədov xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma başlanılıb.
Qaynar xətt:
(055) 224 12 12