Nepalda baş verən daşqınlar nəticəsində ölənlərin sayı 675 nəfərə çatıb.
Oxu.Az "Nepal News"a istinadən xəbər verir ki, bu barədə yerli qurumlar rəsmi məlumat yayıblar.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, 2 301 nəfər xilas edilib və xəsarət alıb.
Daşqından zərər çəkmiş regionlarda axtarış-xilasetmə işlərinə ümumilikdə 4 854 polis əməkdaşı cəlb olunub. Son məlumatlara əsasən, hazırda 2 426 nəfər itkin düşmüş hesab olunur.
Nepalın şimalında baş vermiş dağıdıcı daşqınlar nəticəsində həyatını itirənlərin sayı 626 nəfərə yüksəlib, daha 2 400 nəfər isə itkin düşmüş hesab olunur.
Oxu.Az xəbər verir ki, bu barədə yerli qurumlar rəsmi məlumat yayıblar.
Xilas edilən xarici turistlərin sayı 121 nəfər təşkil edir. Onlardan 85-i Hindistan, 16-sı Çin, 9-u Cənubi Koreya vətəndaşıdır. Eyni zamanda, Rusiya, ABŞ və İtaliyanın hərəsindən iki, Belçika, Bolqarıstan, Portuqaliya, İspaniya və İsveçrənin hərəsindən isə bir vətəndaş xilas edilib. Ümumilikdə, siyahıda 36 ölkədən 743 səyahətçinin adı yer alıb. Hazırda 622 xarici vətəndaşın harada olduğu isə hələlik müəyyənləşdirilməyib.
Nepalda baş verən daşqın qurbanlarının sayı 616 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları rəsmi məlumat yayıb.
Hazırkı mərhələdə xəsarət alanların sayının 2 301 nəfər olduğu vurğulanır. Axtarış-xilasetmə tədbirlərinə ümumilikdə 4 811 polis əməkdaşı cəlb edilib.
Xatırladaq ki, Nepal ərazisində şiddətli daşqınlar avqustun 26-da baş verib.