Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İşləməyə görə əri ilə mübahisə edən altı uşaq anası özünü asıb: Göyçayda dəhşətli HADİSƏ
İnçə kəndində baş verən intihar hadisəsinin ailə münaqişəsi zəminində olduğu bildirilir.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə ər-arvad arasındakı mübahisədən sonra baş verib.
Belə ki, Gülnarənin əri mal-heyvan otarmaqla məşğuldur. O, arvadının işləməyini istəməyib. Qadın da israr edib ki, işləyəcək. Mübahisədən sonra kişi çıxıb gedib, qayıdanda görüb ki, hadisə baş verib. Gülnarənin anası və qardaşı onu İsmayıllıda, öz kəndlərində dəfn ediblər.
Onların altı uşaqları var. Böyüyü məktəbi bitirib, qalanları məktəblidir.
Əzizə İsmayılova
Göyçayda 43 yaşlı qadın özünü asıb.
Oxu.Az xəbər verir ki, hadisə Göyçayın İnçə kəndində qeydə alınıb.
Belə ki, altı uşaq anası, 1982-ci il təvəllüdlü Gülnarə Səmədova martın 6-da yaşadığı evin həyətində özünü asaraq intihar edib.
Faktla bağlı araşdırma aparılır.