Göygöl sakini Kəlbəcərdə yıxılaraq xəsarət alıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Murovdağ silsiləsində qeydə alınıb.
Göygöl rayonunun Çaykənd kənd sakini 1989-cu il təvəllüdlü X.Ömərov dağda ehtiyatsızlıqdan yıxılıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Ona ayağın sınığı diaqnozu qoyulub.
Hadisə ilə bağlı araşdırma aparılır.