Göygöl rayonunda 68 yaşlı kişi qəbiristanlıqda ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə Balçılı kəndinin ərazisində yerləşən qəbiristanlıqda baş verib. Kənd sakini, 1957-ci il təvəllüdlü Nürəddin Cəfərqulu oğlu Xəlilov yaxınlarının məzarını ziyarətə gedərkən qəfil təzyiqi yüksəlib. O, hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalar aparılır.
Samir Əli