Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə bu gün saat 12 radələrində rayonun Quşqara kəndi ərazisində qeydə alınıb.
Yolda hərəkətdə olan VAZ-2106 markalı avtomobil qarşıdan gələn "Chevrolet" markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində VAZ-2106 markalı avtomobildə olan sürücü, rayonun Nadel kənd sakini, 1993-cü il təvəllüdlü Orxan Həsənli və onun sərnişini olan qardaşı Tərxan Həsənli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12