Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Dəhşətli qəzada ölən şəxs Vətən müharibəsi qazisi imiş
Ötən gecə dəhşətli qəzada həlak olan şəxs Vətən müharibəsi qazisi imiş.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, "Niva" markalı avtomobilin aşması nəticəsində hadisə yerində ölən Haxoy Hacıyev Cəbrayıl və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib.
O, "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunmuşdu.
Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çaykənd kəndi ərazisində qeydə alınıb.
VAZ-2121 ("Niva") avtomobilinin aşması nəticəsində sürücü, 1997-ci il təvəllüdlü H.Hacıyev hadisə yerində ölüb. Avtomobildə olan iki nəfər isə xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Bakıda buzlu yolda baş verən qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- Ötən gün ölkə ərazisində bir qəza baş verib, beş nəfər xəsarət alıb
- Aeroport yolunda zəncirvari QƏZA
- Hacıqabulda yük avtomobillərinin toqquşması nəticəsində xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI
- Binəqədidə baş verən dəhşətli qəzada xəsarət alan şəxsin son durumu AÇIQLANDI