İyulun 12-də Samur-Abşeron kanalının Quba rayonunun Vəlvələ kəndindən keçən hissəsində batan, 2010-cu il təvəllüdlü Fərid Paşa oğlu Osmanovun meyiti tapılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
* Qubada ailə faciəsi: Tək övladını itirən gözdən əlil ana fəryad etdi - VİDEO
Bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışları uğurla başa çatdırıblar. Yeniyetmənin meyiti batdığı yerdən təxminən 15 km aralıda, kanalın Şabran rayonunun Gəndov kəndindən keçən hissəsində aşkarlanaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, Fərid Osmanovun anası gözdən əlildir və o, övladını dünyaya gəldiyi gündən görmək imkanından məhrum olmuşdu. F.Osmanov ailənin tək övladı idi.