Hacıqabul rayonunda ağır yol-nəqliyyat nəticəsində ölən şəxsin kimliyi məlum olub.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, o, Qazax rayonunun Şıxlı kənd sakini, 1981-ci il təvəllüdlü Aydın Qoca oğlu Qocayevdir.
Faktla bağlı araşdırma aparılır.
Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, qəza gecə saatlarında Kürdəmir yolunda, paytaxt istiqamətində qeydə alınıb.
Qəza zamanı DAF markalı yük maşını daşla yüklü "KamAZ"a çırpılıb. Hadisə şahidlərinin sözlərinə görə, DAF-ın sürücüsü hadisə yerində həyatını itirib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb ediliblər.