Hacıqabul rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin şəxsiyyəti məlum olub.
Oxu.Az-ın məlumatına görə, hadisə nəticəsində VAZ markalı avtomobilin sürücüsü S.Abasov və onun sərnişini N.Abasova aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Hacıqabul rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Muğan qəsəbəsi ərazisində qeydə alınıb.
Yolda hərəkətdə olan VAZ-21011 və "Hyundai" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə yol polisi əməkdaşları cəlb ediliblər.
Hadisənin baş vermə səbəbləri dəqiqləşdirilir.
Samir Əli