Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin sabiq bölük komandiri Ağamalı Pənahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az-ın məlumatına görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Pənahov 9 il 7 ay azadlıqdan məhrum edilib.
İttihama görə, Müdafiə Nazirliyinin kapitanı, "N" saylı hərbi hissənin bölük komandiri Ağamalı Hiddətulla oğlu Pənahov rəhbərlik etdiyi bölükdə xidmətdə olan hərbçilərdən rüşvət alıb.
O, Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq - təkrar törədildikdə), 178.2.3-cü (dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 232.2.1-ci (odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə), 232.2.3-cü (odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 311.3.2-ci (Rüşvətalma - təkrar törədildikdə) maddələri ilə ittiham olunub.
Samir Əli