"Heç bir ölkədə təyyarə özbaşına vurula bilməz. Bu, Müdafiə Nazirliyinin icazəsi ilə həyata keçirilir".
Bunu Baku TV-nin "Baku Analitik" verilişində AZAL-a məxsus "Embraer E190" təyyarəsinin Qroznı səmasında vurulması ilə bağlı danışarkən millət vəkili Musa Qasımlı deyib.
Deputat hadisə zamanı Rusiyanın dərhal üzr istəməli olduğunu, lakin bundan boyun qaçırdığını vurğulayıb.
"Təyyarəni vurub Xəzərə göndərirsən ki, iz itsin. Bu, ləyaqətli hərəkət deyil. Qəza da ola bilər, təyyarə səhvən vurula da bilər. Amma məsuliyyəti üzərindən atmaq düzgün deyil".
Daha ətraflı videomaterialda: