Baş Muğan kanalının İmişli rayonu ərazisindən keçən hissəsində batan kişinin meyiti tapılıb.
Oxu.Az xəbər verir ki, bir neçə gün əvvəl kanalda boğulduğu ehtimal edilən Nurəddin Məmmədovun axtarışı üçün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.
Axtarışlar nəticəsində bu gün kanalın İmişli rayonu, Qulubəyli kəndi ərazisindən keçən hissəsində N.Məmmədovun meyiti aşkarlanıb.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
İmişli rayonunun Göhərli kəndi yaxınlığında Baş Muğan kanalında bir nəfər batıb.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.