İsmayıllıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Babaxan adlanan ərazisində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı yük avtomobili ilə "Volkswagen" və "VAZ-2107" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində üç nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12