İranın pilotsuz uçuş aparatları (PUA) Küveytin şimal hissəsində yerləşən dövlət obyektinə zərbələr endiriblər.
Oxu.Az-ın məlumatına görə, bu barədə Küveyt Müdafiə Nazirliyinin sözçüsü polkovnik Səud əl-Ətvan məlumat verib.
Nazirlik nümayəndəsi qeyd edib ki, avqustun 1-də hərbi qüvvələr düşmənə məxsus dronların Küveytin hava sərhədlərini pozduğunu müəyyənləşdirib.
Səudəl-Ətvan əlavə edib ki, ölkənin şimal ərazisindəki dövlət qurumuna hücumla yanaşı Bubiyan adasında fəaliyyət göstərən mülki şirkətin avadanlıqları da zədələnib. Obyektlərə yalnız maddi zərər dəyib, insan itkisi qeydə alınmayıb.