İyulun 9-na keçən gecə Azov dənizində 14 gəmi vurulub.
Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Dövlət Sərhəd Xidməti "Telegram" kanalında məlumat yayıb. Bildirilib ki, vurulan su nəqliyyat vasitələrindən 12-si tanker, biri quru yük gəmisi, biri isə yedək gəmisidir.
Açıqlamada, həmçinin Azov dənizində vurulan gəmilərin siyahısı da təqdim edilib.
- "Çelsi-6" tankeri (RF bayrağı);
- "Aura" tankeri (RF bayrağı);
- "Sonar-1" tankeri (RF bayrağı);
- "İlya Repin" tankeri (RF);
- "Merkuri" (RF bayrağı);
- "Qaliaskar Kamal" tankeri (Panama bayrağı, sanksiyalar altındadır);
- "Alfeo" yedək gəmisi (RF bayrağı, "Afrodita" barjası ilə birlikdə);
- "Venera-3" tankeri (RF bayrağı);
- "Penelopa" tankeri (RF bayrağı);
- daha beş üzən vasitənin parametrləri aydınlaşdırılır.
"Bütün tankerlər barədə məlumatlar dəqiqləşdirilib, onlar "kölgə donanması"nın tərkib hissəsidir və beynəlxalq sanksiyalara məruz qalıblar. Son 96 saat ərzində 35 tanker, quru yük gəmisi və xüsusi dəniz vasitəsi zərərsizləşdirilib", - deyə açıqlamada qeyd olunub.
Gecə saatlarında Kerç boğazında Rusiyaya üzən gəmilərə dron hücumu olub.
Oxu.Az hadisənin özəl görüntülərini əldə edib.
Həmin görüntüləri təqdim edirik: