Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Kerç boğazında Suriya və Misirdən olan dənizçilərin olduğu gəmi qəza siqnalı verib
Göyərtəsində Suriya və Misirdən 16 dənizçinin olduğu gəmi Kerç boğazında, "Kavkaz" limanı yaxınlığında qəza siqnalı göndərib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Dənizçilərinin Həmkarlar İttifaqından məlumat verilib.
"Gam Express" ekipajından müraciət daxil olub. Vəziyyət pisdir: ərzaq yoxdur, içməli su da yoxdur, işəgötürən isə sonuncu dəfə avqustda maaş verib. İndi onlar SOS siqnalı göndəriblər və limana daxil olmağa ümid edirlər", - Rusiya Dənizçilərinin Həmkarlar İttifaqından bildirilib.
Gəmi Qvineya-Bisau bayrağı altında üzür. Birliyin məlumatına görə, göyərtədə olanlardan biri Misir, 15-i Suriya vətəndaşıdır.
Xatırladaq ki, bir neçə gün əvvəl Kerç boğazında iki tanker qəzaya uğramışdı.
Rəylər