Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Kerç boğazında qəza: Qara dənizə neft sızdı - Ölən var
Kerç boğazında saya oturan Rusiya tankerindən 13 dənizçinin hamısı təxliyə edilib, lakin bir nəfər ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Rusiya İstintaq Komitəsi Kerç boğazında "Volqoneft-212" və "Volqoneft-239" tankerlərinin qəzaya uğraması ilə bağlı iki cinayət işi açıb.
İdarədən aydınlıq gətirilib ki, işlər yol hərəkəti təhlükəsizliyi və dəniz nəqliyyatının istismarı qaydalarının pozulması əsasında başlanıb.
Bildirilir ki, gəmilərin daşıdığı neft məhsullarının dənizə sızması baş verib.
13 ekipaj üzvü olan "Volqoneft 212" yük gəmisi Kerç boğazı ərazisində qəzaya uğrayıb və kömək istəyib.
Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti" Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli departamentinə istinadən məlumat yayıb.
Məlumata görə, Sankt-Peterburq limanında qeydiyyatda olan "Volqoneft 212" markalı mazut daşıyan gəmi qəzaya uğrayıb. Tankerin göyərtəsində təxminən 4300 ton mazut var. Onun yanına xilasedici gəmi göndərilib.
Kerç boğazında "Volqoneft 212" ilə yanaşı "Volqoneft 239" gəmisinin də qəza vəziyyətində olduğunu bildirilib. Məlumata görə, güclü dalğalar gəmiləri zədələyib.
Qeyd olunub ki, "Volqoneft 239" tankerinin 14 ekipaj üzvü var.
Rəylər