Kürdəmirdə 31 yaşlı Sara Hüseynovanın çoxsaylı bıçaq xəsarətləri nəticəsində ölməsinin təfərrüatı məlum olub.
Hadisə barədə danışan saxlanılan N.Hüseynovun qardaşı Xəqani Hüseynov bildirib ki, gecə uşaqları zəng etdilər ki, atamla anam dava edir:
"Gəlib gördüm, anam onları ayırıb. Sara xəsarət almışdı, onu dərhal xəstəxanaya çatdırdım. Bir ara boşanmaq üçün ərizə vermişdilər, sonra biz barışdırmışdıq, amma yenə aralarında münaqişə olub".
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda cinayət işi açılıb və araşdırmalar davam etdirilir.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Kürdəmirdə 34 yaşlı qadın bıçaqlanıb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Sor Sor kəndində baş verib.
Kənd sakini, 1994-cü il təvəllüdlü Sara Hüseynova döş qəfəsi və kürək nahiyəsindən bıçaq xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin ehtimala görə, qadın həyat yoldaşı Nizami Hüseynov tərəfindən bıçaqlanıb. Hadisənin ailə münaqişəsi nəticəsində baş verdiyi deyilir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı Nizami Hüseynov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli