Kürdəmir rayonunun "Çöl yolu" adlanan ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə zamanı 90-ZZ-196 dövlət qeydiyyat nişanlı yük maşını 77-JH-411 dövlət qeydiyyat nişanlı, sərnişinlərlə dolu olan avtobusa çırpılıb.
Qəza nəticəsində xəsarət alanların olmadığı bildirilir.
Hadisə yerindən görüntüləri təqdim edirik: