Kürdəmir rayonunda yol-nəqlıiyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə bu gün saat 17:10-da Bakı-Böyük kəsik dəmir yolu xəttinin Muğan-Qarasu sahəsində qeydə alınıb.
Belə ki, 52-BL-162 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili idarəetməni itirib, dəmiryolu keçidinin işıqforuna və şlaqbauma çırpılıb. Hadisə nəticəsində dəmiryol infrastrukturuna zərər dəyib.
Faktla bağlı aidiyyəti üzrə araşdırma aparılır.

Qaynar xətt:
(055) 224 12 12