Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Kürdəxanıda obyektdəki yanğın TAM SÖNDÜRÜLÜB - Əraziyə 12 yanğınsöndürən avtomobili cəlb olunub
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 24 aprel saat 9:40-da Kürdəxanı ərazisində yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
"Çağırış ünvanına iki təcili tibbi yardım briqadası cəlb olunub. Müraciət qeydə alınmayıb", - deyə bildirilib.
Məlumat saat 9:34-də daxil olub. Hadisə yerinə 12 yanğınsöndürən avtomobili cəlb olunub.
Bunu Oxu.Az-a açıqlamasında FHN-nin Mətbuat Xidmətinin əməkdaşı Ehtiram Xəlilov deyib.
"Ümumilikdə 2000 kvadratmetr olan istixananın 1400 kvadratmetri yağından mühafizə olunub. Yanğın tamamilə söndürülüb", - deyə E.Xəlilov bildirib.
Əzizə İsmayılova
Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində tam söndürülüb.
Oxu.Az xəbər verir ki, yanğın nəticəsində ümumi sahəsi 2000 kv.m. olan istixana kompleksinin inzibati binası 560 kv.m. sahədə yanıb.
İnzibati binanın böyük hissəsi və bitişik tikilmiş istixanalar yanğından mühafizə olunub.
Daha çox foto burada: PhotoStock.az
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Oxu.Az xəbər verir ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
