Masallı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Mollaoba kəndində olub.
Masallı rayon sakini, 1983-cü il təvəllüdlü Eminağa Həşimov VAZ-2101 markalı avtomobiə idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarındakı darvazaya çırpılıb. Hadisə nəticəsində sürücü və və sərnişini, 1993-cü il təvəllüdlü Elvin İbrahimov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12