Masallı rayonunda əkin sahəsindən meyit tapılıb.
Oxu.Az-ın məlumatına görə, hadisə avqustun 27-də saat 19:45-də rayonun Mollaoba kəndində baş verib.
Rayonun Boradigah qəsəbə sakini Razi Allahverdi oğlu Fərzullayev rayonun Mollaoba kəndində əkin sahəsində ölüb. Onun meyiti axşam saatlarında əkin sahəsində aşkarlanıb.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12