Abşeron rayonunda yaşayış mənzilində dayə vəfat edib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini 1988-ci il təvəllüdlü Xəyalə Əliyeva qəsəbənin ərazisində dayəlik etdiyi evdə qəflətən ölüb.
Faktla bağlı araşdırma aparılır.