Masazırda 2 nəfərin qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, aprelin 11-də Abşeron rayonu, Masazır kəndi ərazisində Pərişan Süleymanova və Nuranə İsgəndərlinin qəsdən öldürülməsi faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır
Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı yeni detallar məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, həmin şəxs narkotik aludəçisi olub.
O, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək həbs edilibmiş.
Bir müddət əvvəl azadlığa çıxıb və Nuranə İsgəndərli ilə tanış olub. Həmin vaxta qədər Nuranə İsgəndərli Xırdalanda xalası Pərişan Süleymanova ilə birlikdə yaşayırmış.
Bir ay əvvəl isə həmin şəxs Nuranə ilə birlikdə Masazır qəsəbəsinə kirayə köçüb.
Masazırdakı qətlə bağlı yeni təfərrüat məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə zamanı qətli törədən şəxs Nuranə İsgəndərlinin boğazını kəsib.
Daha sonra isə o, hadisəni görən Pərişan Süleymanovaya da 15 bıçaq zərbəsi vurub.
Masazırda iki qadını qətlə yetirən şəxs xanımlardan birinin sevgilisi olub.
Oxu.Az-ın məlumatına görə, 1996-cı il təvəllüdlü Nuranə Rüstəm qızı İsgəndərli bir müddət əvvəl qətlə yetirildiyi evə köçübmüş. O, bir nəfər kişi ilə qeyri-rəsmi ər-arvad kimi həmin evdə yaşayırmış. Dünən axşam saatlarında onlar arasında dava olub.
Bu gün səhər saatlarında qadınla sevgilisi arasında yenidən dava düşüb və qadın Xırdalan şəhərində yaşayan xalası, 1987-ci il təvəllüdlü Pərişan Əlövsət qızı Süleymanovaya zəng vurub. Qadın qohumundan kömək istəyib.
P.Süleymanova onların yaşadığı ünvana gələndə kişinin Nuranəni qətlə yetirildiyini görüb.
Həmin şəxs Nuranəyə köməyə gələn Pərişanı da qətlə yetirib və hadisə yerindən qaçıb.
Masazırda qətlə yetirilən qadınlarla bağlı yeni detallar məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Pərişan Süleymanova Nuranə İsgəndərlinin xalası olub.
Bildirilib ki, qətlə yetirilən şəxslər bir ay əvvəl Masazıra köçərək, burada kirayə qalıblar.




Masazırda evdə qətlə yetirilən şəxslərin kimlikləri bilinib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə zamanı 1987-ci il təvəllüdlü Pərişan Əlövsət qızı Süleymanova və 1996-cı il təvəllüdlü Nuranə Rüstəm qızı İsgəndərli qətlə yetiriliblər.

Abşeron rayonunun Masazır kəndində iki qadın qətlə yetirilib.
Oxu.Az-ın məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib.
Qəsəbə ərazisində 1987-ci il təvəllüdlü və 1996-cı il təvəllüdlü iki qadın bıçaqlanaraq qətlə yetirilib. Hazırda hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.
Qətli törədən şəxs hadisə yerindən qaçıb. Onun saxlanılması istiqamətində tədbirlər görülür.